Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Azərbaycan mallarının idxalının dayandırılmasının mümkünlüyü barədə danışarkən Azərbaycanı təhdid etmədiyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə o, RTVI-ya müsahibəsində azərbaycanlı deputat Rasim Musabəyovun ona cavabı haqda danışarkən deyib.
"Mən onları hədələməmişəm. Səs yazısını diqqətlə dinləyin. İş ondadır ki, bir neçə əsas məqam var. Səs yazısına baxırsınızsa, mən sözün əsl mənasında bunları dedim: birincisi, böyük qonşu ilə heç bir səbəb olmadan münasibətləri korlamaq üçün böyük ağıl lazım deyil. İkinci, əgər münasibətlər pisləşsə, yəqin ki, Azərbaycan zərər çəkəcək. Üçüncü, Azərbaycan da Rusiyadan karbohidrogen ixrac edə bilməyəcək. Dördüncüsü, diqqət çəkən əsas məqam var ki (nədənsə buna susurlar), orada NATO-dan kimsə görünməlidir. Bu qəbuledilməzdir. Xatırladım ki, Ukraynada xüsusi hərbi əməliyyat məhz Ukraynanın NATO-ya daxil olmaq istəyi və cəhdlərinə görə başlayıb. Əsas məqam budur, elə deyilmi? Hamısı bu qədərdir”, – Qurulev bildirib.
O əlavə edib ki, sözlərini Azərbaycanda tam oxumayıb, izləməyiblər:
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
“Mənim çıxışım onlar tam şəkildə görməyiblər, sizi əmin edirəm. Amma onlar (azərbaycanlılar) bunu eşitdilər. Sonra nə olacağını yaxşı düşünsünlər".
Rasim Musabəyovun onun haqqında dediklərinə gəlincə, Qurulev “hər cür axmağın bəyanatlarına” cavab verməyəcəyini vurğulayıb.
Buna baxmayaraq, general azərbaycanlı deputatın ölkələr arasında sərhəddə dağlar olduğuna görə Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” keçirmək mümkün olmadığı barədə sözlərinə cavab verib:
“Mən hamıya, dostlarıma Çeçenistanı xatırladıram. Orada dağlar az deyil”.
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...