Xameneini əsas hədəf kimi seçən İsrail dini liderin ölümünün İran rejiminin çökməsi ilə nəticələnəcəyini hesab etsə də, ABŞ bu məsələyə ehtiyatlı yanaşır. Tramp Xamenei ilə bağlı son açıqlamasında bəyan etdi ki, "onun yerini bilirlər, lakin asan hədəf olmasına baxmayaraq, hələlik öldürmək fikrində deyillər". Bu, psixoloji üstünlük qazanmaq və İranı masada təslim olmağa məcbur etmək üçün istifadə olunan blef də ola bilər. Lakin Vaşinqtonda Xameneinin ölüm fərmanının verilmədiyi görünür. Və bunun bir neçə səbəbini təxmin etmək mümkündür.
1. Xameneinin öldürülməsi onun “şəhid” kimi qəbul edilməsi ilə nəticələnəcək və özündən sonra İranın “müqavimət hərəkatının” simvoluna çevriləcək;
2. Bu ölüm aktı İranda, eləcə də rejimin “müqavimət oxu” coğrafiyası olaraq gördüyü bölgədə dini emosiyaları çoşdura, XXI əsrin Kərbalası hekayələri üzərindən “zülmə qarşı birliyi” gücləndirə bilər;
3. Hətta İran rejimini tamamilə məğlub etmək mümkün olsa da, bunun Xameneinin ölümü ilə baş verməsi Vilayəti-Fəqih tərəfdarlarının “qisas istəklərini” davam etdirməsinə zəmin yarada bilər;
İsraildən fərqli olaraq, ABŞ Xameneinin ölümünü yox, masada təslim olmasını istəyir və bunun nəticələri İran rejimi üçün ölümdən daha betər olar. Çünki Xameneinin təslim olması ona və rəhbərlik etdiyi ideologiyaya təkcə İranda yox, “müqavimət oxu” adlandırdıqları coğrafiyada da inamı azaldacaq. Bu ssenari İranın bölgədəki ideoloji təsirinə ciddi zərbə ola bilər.
- Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...
- Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova
- Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...
- Bakı “Rus evi” ilə bağlı cavab verməyib – Primakov
- Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...
- Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır
- Tanınmış meyxanaçı həbs olundu - FOTO
- Əli Xameneinin bunkeri vuruldu