Moskva və Bakı arasında gərginliyin artdığı müşahidə olunur. Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsindən sonra Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) azərbaycanlı iş adamı, “Crocus Group”un sahibi Araz Ağalarova qarşı icraata başlaması mövcud proseslər fonunda diqqət çəkir.
Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsi versə də, proses iyunun 26-da başlayıb. Paralel olaraq Rusiyadakı digər azərbaycanlı iş adamlarının hədəfə alına biləcəyinə dair iddialar yayılır.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, hazırkı mürəkkəb beynəlxalq şərait çərçivəsində Rusiyanın atacağı addım onun imicinə və hüquqi dövlət olub-olmamasına təsir edəcək:
“Rusiya bu barədə düşünmür. Bu ölkədə yaşayan qeyri-ruslara qarşı ardıcıl və davamlı hüquqsuz rəftarın şahidi oluruq. Belə bir təzyiq bir zamanlar Rusiyada yaşayan yəhudi iş adamlarına tətbiq olunurdusa, indi azərbaycanlılara və digər xalqlara qarşı edilir.
Açıq şəkildə demək lazımdır ki, Rusiya odla oynayır. Çünki əhalisinin yarısı qeyri-ruslardır. Bu yarının üçdə ikisi türklərdir. Onlar öz tarixi torpaqlarında yaşayırlar. Rusiya Federasiyası türk və digər xalqların tarixi torpaqları üzərində bərqərar olunub. Ona görə də ən təhlükəli iş barıt çəlləyinin üzərində oturub kibritlə oynamaqdır. Öz fəaliyyəti ilə Rusiyaya böyük töhfələr vermiş və verməyə davam edən Araz Ağalarova qarşı bu rəftarın sifariş olduğu isə aydın məsələdir.
Əgər Rusiya Azərbaycana təzyiq edərək nəyəsə nail olacağını düşünürsə, bu, mümkün deyil. Yaxşı olardı ki, Moskva və Bakının istəkləri ilə bağlı bir diplomatiya masası qurulsun. İki ölkə müttəfiqlik bəyannaməsinə uyğun olaraq problemli məsələləri həll etsin. Əks təqdirdə, bu vəziyyət Rusiyanın ziyanına nəticələnəcək”.
Qeyd edək ki, Araz Ağalarov 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə “Forbes”in “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqində 55-ci yerdə qərarlaşıb
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio