Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib.
BUTA.TV xəbər verir ki, ziyarətə tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən laboratoriya bölməsindən başlayan Leyla Əliyeva daha sonra Təcili Yardım Şöbəsinin fəaliyyəti ilə tanış olub. O, burada göstərilən xidmətlərin keyfiyyəti və operativliyi ilə maraqlanıb, həkimlərlə görüşüb.
Ziyarət zamanı Leyla Əliyeva radiologiya şöbəsində də olub. Ona burada istifadəyə verilmiş son nəsil tomosintezli mammoqrafiya cihazı barədə ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq tədqiqatlara əsasən, 2031-ci ilə qədər hər 8 qadından birində süd vəzi xərçəngi riski ola bilər. Məhz bu səbəbdən “Məlhəm Hospital” tərəfindən ölkəyə qabaqcıl tibbi avadanlıqlar gətirilib və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xüsusi önəm verilir.
Daha sonra Leyla Əliyeva ultrasonoqrafiya otağında uşaqlarda aparılan müayinələrlə tanış olub. Xüsusilə Daun sindromlu və digər spektrli uşaqların müayinəsi ilə maraqlanaraq bu sahədə ölkəmizdə görülən işlər haqqında məlumat alıb. Bildirilib ki, son illərdə Azərbaycanda yüksək texnologiyalı avadanlıqlar və peşəkar mütəxəssislərin sayəsində skrininq müayinələri vaxtında aparılır, nəticədə spektrli və ağır diaqnozlu doğuşların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
- AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi
- Aylıq 1%-dən başlayan “Lombard” krediti
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Səbəb
- Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı
- Saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanıldı - Video
- Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib
- Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”