ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, ABŞ prezidentinin başqa bir prezidentin fikirlərini paylaşması mütəmadi müşahidə edilən hal deyil:
“ABŞ prezidentləri çox az hallarda digər dövlət rəhbərlərinin çıxışlarını paylaşırlar. Bu, həmçinin cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmalıdır.
Ermənistan işğalı zamanı baxımsız şəhərə çevrilən və son 2 ildə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Xankəndi şəhərində keçirilən forum ilə bağlı belə bir paylaşımın olması həm də geosiyasi əhəmiyyət daşıyır. Xankəndidə verilən mesajlar paylaşılır və qlobal olaraq yüksək səviyyədə müzakirə edilir.
Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamikası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq”.
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...
- Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko
- Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan