Ermənistan hökuməti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə İspaniyanın “Periodista Digital” nəşri İrəvan və ABŞ arasında “gizli memorandum”un məzmununa istinadən məlumat yayıb.
Məlumata görə, sənəd Ermənistanın Zəngəzur rayonu ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur:
“Bu marşruta müvəqqəti “Tramp körpüsü” adı verilib. Nəqliyyat dəhlizi özəl Amerika şirkəti tərəfindən idarə olunacaq. Marşrutdan istifadədən İrəvan gəlirin cəmi 30%-ni alacaq”.
Nəşr iddia edib ki, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib:
“Memorandumda həmçinin Ermənistan ərazisinə ABŞ-ın əhəmiyyətli qüvvələrinin yerləşdirilməsi də nəzərdə tutulub. Lakin söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək”.
- "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş
- Bu məşhurların övladları “İdrak”da təhsil alır
- Şənbə günü hava necə olacaq?
- Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma var?
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu
- İnsidentin baş verdiyi liseydə təhsil haqqı nə qədərdir?
- Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi
- Mehdiyevin məşhur kadrı vəzifədən çıxarıldı