Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşmasına ümid edir. Həbsdə olan Rusiya vətəndaşlarının Azərbaycan tərəfindən azad edilməsi bu prosesi asanlaşdırardı.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etməkdə qərarlıdır. Biz tezliklə normallaşmaya ümid edirik. Bu yolda mühüm addım Azərbaycan hakimiyyəti tərəfindən saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi olacaq”, - Zaxarova bildirib.
- Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto
- Sabah hava necə olacaq?
- Təltif olunanlar arasında həmin mayorla əsgər də var - Foto
- Abşeronda iməclik keçirilib - Foto
- Yük maşını dirəyə çırpıldı, sürücü xilas edildi - Video
- Yanvar-iyul aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Abşeronda karxanada faciə
- “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?