"Palmali" Şirkətlər Qrupuna məxsus gəminin heyəti açıq dənizdə miqrantları xilas ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin sahibi Mübariz Mənsimov məlumat verib.
“Gəmiçilərimiz Əlcəzair sahillərində 21 miqrantın həyatını xilas ediblər. Onların ehtiyatlı davranışı və peşəkar təcrübəsi sayəsində bu insanlar sağ-salamat xilas olunub.
Adımızı daim uca tutmağınız qürurvericidir. Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bir gəmi heyətindən məhz bu cür igidlik və fədakarlıq gözlənilirdi.
Dəniz sizə hər zaman mərhəmətli olsun!”, - M.Mənsimov qeyd edib.
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama
- Ən çox bu məhsullar saxtalaşdırılır - Siyahı
- 63 yaşlı ananın dərdi alıb canımızı...
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Kot-d'İvuardan bərabərlik qolu - Video-Yenilənir
- “Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir