Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtlarından biri kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir.
"Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər", - H.Hacıyev qeyd edib.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
- Əli Əsədov qərar imzaladı
- Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird...
- Evinin sənədi olmayanlara vacib xəbər: 15 günə çıxarış alacaqsınız
- DYP-dən yük maşını sürücülərinə xəbərdarlıq
- Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
- Ağdama daha 120 ailə yola salındı
- Saleh Məmmədovun komandası yoxlanılır - HƏBSLƏR GÖZLƏNİLİR
- Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR - VİDEO