İstanbulda keçirilən müdafiə sərgisində azərbaycanlı mühəndislər və istehsalçılar türk şirkətləri ilə sıx əməkdaşlıq edərək hazırladıqları silah və texnikanın bütöv bir xəttini təqdim ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Kavkazar” Teleqram kanalı məlumat yayıb.
Nəşr Azərbaycanın təqdim etdiyi silahlar haqda bunları qeyd edib:
- Turan-1 - xüsusi təyinatlıların iştirakı və məsləhətləri ilə yaradılmış 7,62×39 çaplı avtomat. O, gələcəkdə bütün region üçün əsas atıcı silah kimi yerləşdirilib. Bundan əlavə, 5.56 kalibrli yeni xətt təqdim edildi;
- ITX-Motors, zirehli döyüş maşını, üçüncü modeli. O, dağlarda və səhralarda sınaqlardan keçib və yaxın vaxtlarda sənaye istehsalının tətbiqi gözlənilir;
- Süni intellektə malik dronlar, GPS-ə istinad etmədən işləyən “RD Smart” kamikadze dronları seriyası.
Qeyd edək ki, “Kavkazar” “Rıbar”ın layihəsidir və Azərbaycanın İstanbul sərgisində iştirakından və təqdimatından “çox narahat” olduğunu gizlətməyib və atmacalarından da qalmayıb.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio