İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
"Azərbaycan Prezidenti İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.
İndiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur", - o bildirib.
- Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi
- AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - Video
- İrandan Bakı və İrəvana çağırış: Dolaşan şayiələr...
- “Ordu topladıq, Zəngəzura imkan vermədik” - Vilayəti nə istəyir?
- Dəhliz tamamlansa, sensasiya olacaq - Pezeşkian
- Ev almaq istəyənlər üçün şad xəbər: nizamnamə kapitalı artırıldı
- Qudalar vəzifədə imiş – FOTOLAR
- Bir ölər, min dirilərik... - FOTO