İran Zəngəzur dəhlizindən Böyük Turan planının bir hissəsi olduğuna inandığı üçün qorxur.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Past” qəzeti (Ermənistan) yazır.
“İran Böyük Turan planının bir hissəsi olduğu üçün Zəngəzur dəhlizinin əleyhinə olduğunu açıq şəkildə bəyan edir. Həmçinin Tehran ondan çəkinir ki, Zəngəzur dəhlizinin açılması ilə “İran Azərbaycanı” (Güney Azərbaycan) İrandan ayrılaraq Türkiyə-Azərbaycan tandeminə qoşula bilər”, - mənbə bildirir.
Ermənistan Baş naziri Nikol Paşinyanın məsələ ilə bağlı mövqeyinə gəlincə, nəşr iddia edir ki, o və komandası nəyin bahasına olur-olsun, bu və digər planlarını həyata keçirməkdə maraqlıdır.
Qəzet N.Paşinyanın məqsədinin Ermənistanı Rusiya və İrandan uzaqlaşdırmaq olduğunu da qeyd edir.
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ən çox bu məhsullar saxtalaşdırılır - Siyahı
- 63 yaşlı ananın dərdi alıb canımızı...
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- “Vikinqlər” hesabı açır - Yenilənir
- “Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir
- Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı