Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamının bütün əmlakı raket zərbələri nəticəsində darmadağın olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Şəki şəhərindən olan, 40 ildir Xarkovda yaşayan Rafiq Qədirovun böyük istirahət mərkəzi və avtobus parkı Rusiya ordusunun raket zərbələri nəticəsində tamamilə darmadağın olub, iş adamı bütün əmlakından məhrum olub.
"1986-cı ildən burada yaşayıb işləyirəm. 90-cı illərin əvvəlindən bu biznesi yaradıb, öz əllərimlə bu restoranı, yanında böyük istirahət mərkəzini və Xarkovda iri marşrut avtobus parklarından birini qurmuşdum. İstirahət mərkəzi o qədər böyük idi ki, müharibəyə qədər hətta Rusiyadan bura istirahətə gəlirdilər. Çünki buradan Belqoroda cəmi 25-30 kilometrdir. Amma artıq heç nə qalmayıb”.
O deyib ki, istirahət mərkəzinə müxtəlif ölçülü 10-dan çox raket düşüb, bütün restoran, istirahət mərkəzinin özü yerlə yeksan olub.
“Xoşbəxtlikdən çatdırıb adamları çıxara və ya sığınacağa doldura bildik və insan itkisi olmadı. Bu azmış kimi Rusiya ordusunun diversiya-kəşfiyyat hücumları zamanı yaxınlıqdakı avtobus parkım da dağıdıldı. Bura Rusiya ilə sərhədə çox yaxındır. Bütün əmlaklardan məhrum oldum. Zərər milyon dollarladır"- deyə, o, əlavə edib.
- Rubio Slovakiya və Macarıstana gedir
- Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY
- Bakı dairəvi yolunda qəza: tıxac yarandı - Video
- ASCO sədri idarə rəisini özünə müşavir təyin etdi
- DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
- Fəzail Ağamalının vida və dəfn yeri bilindi
- Bu yolda sürət həddi endirildi
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...