Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti sərhəddə gömrük nəzarətinin pozulması ilə bağlı bu gün mətbuatda yayılan məlumatı təkzib edən bəyanat verib.
BUTA.TV xəbər verir ki, bəyanatda rəsmi olaraq ölkənin gömrük ərazisində malların daşınması, eləcə də fiziki şəxslər tərəfindən bütün buraxılış məntəqələri vasitəsilə sərhəddən keçirilməsinin təxirəsalınmadan həyata keçirildiyi vurğulanıb.
“Bütün ölkə ərazisində gecə-gündüz iş rejimini təmin etmək məqsədilə gömrük əməkdaşlarının növbəsi artırılıb. Sabit beynəlxalq yük dövriyyəsini təmin etmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistan gömrük orqanları ilə fəal koordinasiya aparılır.
Bütün nəzarət-buraxılış məntəqələrində müasir rentgen skanerləri quraşdırılıb ki, bu da yoxlama prosedurlarının daha sürətli aparılmasına və təhlükəsizliyin artırılmasına imkan verir.
Gəlir Xidməti ictimaiyyəti sərhəddə yüklərə nəzarət prosedurları ilə bağlı yalan və potensial zərərli məlumat yaymaqdan çəkinməyə çağırır”, - bəyanatda qeyd edilib.
- DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
- Fəzail Ağamalının vida və dəfn yeri bilindi
- Bu yolda sürət həddi endirildi
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...
- Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - VİDEO
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı