İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib.
“6 illik dostluq, qarşılıqlı hörmət. 6 ildir ki, xalqlar arasında körpülər qurur.
Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”, - paylaşımda qeyd olunub.
Videoda səfir səlahiyyət dönəmində Azərbaycandakı mühüm tarixi hadisələrdən bəhs edən fotoalbomunu nümayiş etdirib.
Qeyd edək ki, Corc Dik Bakıdakı vəzifəsinə 2019-cu ildə başlayıb.
- İlham Əliyev fərman imzaladı
- Prezident bu DSX hərbçilərini təltif etdi - Adlar
- DSX-nin hərbi qulluqçuları təltif edildi - Siyahı
- Onlar ölümündən sonra təltif edildi
- Onlar general-leytenant oldu - Sərəncam
- Prezident onlara ali hərbi rütbələr verdi
- Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
- Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar