Bir neçə saat əvvəl Polşanın Varşava şəhərində, evimdən təxminən 500 metr məsafədə durduğumuz yerdə 10-15 nəfərlik irqçi bir qrup qəfil üstümüzə gəlib bibər qazı sıxdı. Hadisə zamanı gözümüzü aça bilmədik, nəfəs almaqda çətinlik çəkdik. Hücum edən şəxslər hadisədən sonra qaçıb getdilər. Daha sonra polis və təcili yardım gəldi.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bunu Polşada yaşayan azərbaycanlı tələbə İbrahim Talışınski sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, ambulans əməkdaşları onları xəstəxanaya aparmayıb və səbəb olaraq bildiriblər ki, bibər qazı hücumuna görə yalnız ilkin tibbi yardım göstərirlər:
"Bir qədər özümüzə gəldikdən sonra Türkiyə vətəndaşı olan dostum dərhal ölkəsinin səfirliyinə zəng etdi və cavab aldı. Ardınca ümumdünya Türkiyə vətəndaşları üçün olan qaynar xətti yığdı və oradan da dərhal cavab verildi. Təxminən 10 dəqiqədən sonra yanımızdakı polisə zəng gəldi və bizimlə qışqıra-qışqıra danışan polislər həddindən artıq sakitləşdilər. Sanki vəziyyəti ört-basdır etmək istəyirdilər".
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
"Təbii ki, polşalılarla bağlı şikayətləri müvafiq qurumlara bildirəcəyik. Amma mənim əsas şikayətim Azərbaycandakı qurumlarla bağlıdır. Mən 22 yaşlı tələbəyəm və belə ciddi bir hadisə yaşamağıma baxmayaraq, cavab verməyəcəyini hələ zəng etməmişdən əvvəl bildiyim, amma yenə də bir ümidlə Polşadakı Azərbaycan səfirliyinə zəng etdim. Lakin heç kim cavab vermədi. Dedim bəlkə bizdə də "ümumdünya azərbaycanlıları üçün bir qaynar xətt" var. İnternetdə axtardım, yalnız Azərbaycan nömrəsi qeyd olunmuşdu. Əziyyət çəkib "roaming" açdım, zəng etdim, yenə də cavab verən olmadı", - deyə şikayətçi bildirib.
Zərərçəkən bu hadisədən sonra ciddi sağlamlıq problemi yaşadığını qeyd edib:
"Xəstəxanada mənə bildirdilər ki, 7 faiz görmə qabiliyyətini birdəfəlik itirmişəm".
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...
- Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - VİDEO
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi