Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.
BUTA.TV xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb.
O qeyd edib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub:
“Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil”.
Eyni zamanda bildirib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.
Bundan başqa o vurğulayıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.
- Qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
- İlham Əliyev fərman imzaladı
- Prezident bu DSX hərbçilərini təltif etdi - Adlar
- Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı
- Onlar ölümündən sonra təltif edildi
- Onlar general-leytenant oldu - Sərəncam
- Prezident onlara ali hərbi rütbələr verdi
- Binədə futbol oynayan 26 yaşlı oğlan öldü