Bakı Hərbi Məhkəməsində iyulun 31-də məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib.
BUTA.TV xəbər verir ki, o, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla 4 nəfərin bədən xəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısının suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib.
“Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin də suallarını cavablandırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- "Boz kardinal"ın çevriliş planı bir daha ifşa olundu
- Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə
- Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov
- Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi
- Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov
- Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi
- Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat
- İş adamı Yusif Xəlilov azadlığa buraxıldı