İranın Astara limanında çöküntülər səbəbindən uzun müddət dayandırılmış ticarət gəmilərinin hərəkəti bərpa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
İranın Yol və Şəhərsalma Nazirinin müavini, Limanlar və Dənizçilik Təşkilatının rəhbəri Səid Rəsuli bildirib ki, Azərbaycandan ilk kommersiya gəmisi artıq Astara limanına yan alıb. Tikinti materialları daşıyan, 1 600 ton yükgötürmə qabiliyyətinə malik gəmi limana uğurla çatıb.
Məlumata əsasən, ötən ildən Xəzər dənizində su səviyyəsinin azalması və limanın giriş kanalında yığılan çöküntülər gəmilərin hərəkətini çətinləşdirib. Bu səbəbdən aprel ayından dibdərinləşdirmə işlərinə başlanılıb və indiyədək 150 min kubmetr çöküntü çıxarılıb.
S. Rəsuli qeyd edib ki, limanın fəaliyyətinin bərpası İranın Xəzər dənizindəki ticarət və nəqliyyat potensialını artıracaq, eyni zamanda bölgədə liman infrastrukturunun inkişafına töhfə verəcək.
- Qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
- İlham Əliyev fərman imzaladı
- Prezident bu DSX hərbçilərini təltif etdi - Adlar
- Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı
- Onlar ölümündən sonra təltif edildi
- Onlar general-leytenant oldu - Sərəncam
- Prezident onlara ali hərbi rütbələr verdi
- Binədə futbol oynayan 26 yaşlı oğlan öldü