Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
“Baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır.
- "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş
- Bu məşhurların övladları “İdrak”da təhsil alır
- Şənbə günü hava necə olacaq?
- Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma var?
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu
- İnsidentin baş verdiyi liseydə təhsil haqqı nə qədərdir?
- Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi
- Mehdiyevin məşhur kadrı vəzifədən çıxarıldı