Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bütün bunlar TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”, - baş nazir vurğulayıb.
Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir.
“Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”, - Ermənistan rəhbəri əlavə edib.
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı