Bu, sülhün bərqərar olduğunun sübutudur və ya onun dəlillərindən biridir. Əminəm ki, yaxın gələcəkdə bu cür ikitərəfli addımlar əskik olmayacaq. Azərbaycan Prezidentinin bəyanatını alqışlayıram. Çox vacib məsələlərimiz var, onların da tezliklə həllini gözləyirik.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatını şərh edərkən deyib.
Simonyan Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündən də danışıb:
“Görüşü çox müsbət qiymətləndirirəm. Hər iki tərəfdən belə bir yanaşma var ki, parlamentlər sülh reallığında yaşamaq üçün cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, bir-birinə doğru addımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Mənim həmkarım da belə bir fikirdədir. Çox müsbət və isti görüş oldu. Razılaşdıq ki, hər iki tərəfdən konkret addımlar atmaq üçün mexanizm təklif edək, müzakirə edək”.
- "Qarabağ" qalib gəlsə, futbolçular nə qədər pul alacaq?
- Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...
- İlham Əliyev sübut etdi ki... - Simonyan
- AB-dən Əliyevin qərarına reaksiya
- AZAL təyyarəsi ilə bağlı mühüm açıqlama
- Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı
- Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək
- Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam