Oktyabrın 21-22-də İrəvanda olmuş Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov səfər barədə sosial şəbəkədə paylaşım edib.
BUTA.TV xəbər verir ki, politoloq Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşündə iştirak etdiyini bildirib.
"Uzun illərdən sonra ilk dəfə olaraq Azərbaycan təyyarəsi “Zvartnots” hava limanına enib – bu, yaxın gələcəkdə iki ölkə münasibətlərində adi hala çevrilə biləcək mühüm detal kimi qiymətləndirilir.
Heç kimə sirr deyil ki, Azərbaycan və Ermənistan ekspertləri müxtəlif beynəlxalq layihələr və tədbirlər çərçivəsində vaxtaşırı görüşürlər. Lakin bu dəfə bütün detallar sırf ikitərəfli formatda hazırlanıb - İrəvana uçuşdan tutmuş, proqramın formalaşdırılmasına və mətbuat açıqlamasının mətninə qədər hər şey iki ölkənin təşəbbüsü ilə gerçəkləşib. Bu, sülh gündəliyi baxımından çox vacib məqamdır, çünki müstəqil şəkildə təşkil olunan belə görüşlər tərəflərə əlavə məsuliyyət və sülh prosesinə yeni impuls qazandırır", - Məmmədov qeyd edib.
Qeyd edək ki, İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.
- Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı
- Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
- Azərbaycan nümayəndə heyəti İrəvanda - Foto
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi