Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda “Tramp yolu” (və ya Zəngəzur dəhlizi - red.) məsələsi müzakirə olunur.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
“Əlbəttə, bu məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır. Elə bir mövzudur ki, bu, qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin (Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın - red.) bu məsələnin yalnız ABŞ ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə, bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz”, - rusiyalı diplomat vurğulayıb.
Kopırkin həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir.
“Tramp yolu” adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq”, - səfir əlavə edib.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir