Azərbaycan Qafqaz və Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasında əsas oyunçudur.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Eurasianet” analitik saytında yayımlanan məqalədə deyilib.
“Bakı ABŞ-ın Yaxın Şərqdə güc balansını dəyişdirmək üçün strateji planlarında getdikcə daha çox mühüm rol oynayır. Azərbaycanın Qafqazın cənubunda yerləşməsi ölkəyə regional enerji və təhlükəsizliyə təsir göstərmək üçün unikal imkanlar yaradır”, - məqalədə bildirilib.
Məqalədə Trampın Azərbaycan haqqında dediklərini də sitat gətiriblər:
“Azərbaycan Avrasiya ilə Yaxın Şərqi birləşdirən yeni güc balansının yaradılmasında əsas rol oynayır. O, regionda təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə qadir olan vacib tərəfdaşdır”.
Bildirilib ki, Prezident İlham Əliyev Türkiyə və İsraillə əlaqələrini fəal şəkildə gücləndirir, onların dialoqunda vasitəçi kimi çıxış edir və Suriyadakı problemlərin həllinə kömək edir:
“Bu, Bakının Qafqaz və Ərəb dünyası arasında körpü rolunu gücləndirir. Azərbaycan Yaxın Şərq və Avrasiyanı birləşdirən strateji mərkəzə və inkişaf etməkdə olan regional nizamda ABŞ üçün əsas tərəfdaşa çevrilib”.
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi