İranın dini lideri Əli Xameneinin ofisinə bağlı və İranın siyasi-ideoloji təbliğat vasitəsi olan "Səhər" kanalı Azərbaycana qarşı yeni “ittihamla” çıxış edib.
BUTA.TV xəbər verir ki, hər zaman Azərbaycanı hədəfə alan kanal bu dəfə də Bakını İsrailə kömək etməkdə ittiham edib.
Kanal Türkiyənin Qəzzada yerləşdiriləcək çoxmillətli qüvvələrin komandanlığından kənarlaşdırılmasından sonra İndoneziya və Azərbaycana həvalə ediləcəyini İsrailə dəstək kimi qələmə verib.
“Səhər” məlumatı "Azərbaycanın uşaq qatillərinə daha bir xidməti" başlığı altında yayıb:
"Analitiklərə görə, bu o deməkdir ki, Azərbaycan islam və türk cəbhəsini yarır, düşmən cəbhəsində yar alır".
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi