Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərib. “Biz “Tramp yolu”nun işləmə mexanizmi və detalları ilə bağlı daha çox məlumat gözləyirik” deyən rusiyalı diplomat layihənin detallarının sadəcə ABŞ-la müzakirəsinin doğru olmadığına işarə edib.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan 8 avqustda Vaşinqtonda “Tramp yolu” ilə bağlı razılaşmanı qəbul etdikdən sonra bir neşə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək imkanına malik olub:
“Kopırkinin sözlərindən belə çıxır ki, Paşinyan “Tramp yolu” ilə bağlı Kreml sahibinə detallı məlumat verməyib. Kopırkinin açıqlaması Moskvanın “Tramp yolu” ilə bağlı İrəvana təzyiqini artıracağına işarədir. Robert Köçəryan prezident olduğu illərdə Ermənistan dəmiryollarını Rusiya dəmiryollarına satb. Bu səbəbdən Kreml “Tramp yolu” ilə keçəcək dəmiryoluna iddialı kimi görüntü yaratmaq istəyir. Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək. Buna baxmayaraq, Nikol Paşinyan vaxtilə Köçəryanın dəmiryollarının Rusiyanın nəzarətinə verilməsi səhvini də düzətlməlidir. Rusiya dəmiryoluna nəzarət edə bilməsə də, dəhlizdən faydalana biləcək, Zəngəzur dəhlizi Ermənistanı Rusiya ilə dəmir yolu əlaqəsini təmin edəcək”.
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi