Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

16:00 - 24 Oktyabr 2025 - GÜNDƏM

 Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlərə edilən güzəştlər ləğv olunsun.

BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman məcburi köçkünlərə diqqət edib, hətta onlar ata-baba yurduna qayıdandan sonrakı 3 ildə də nəzərdə tutulan güzəştlərdən istifadə edirlər.

“MİQ imtahanında şəhid ailələri, əlillərlə birlikdə keçmiş məcburi köçkünlərə güzəştlərin edilməsinə artıq ehtiyac qalmır” - deyə V. Bayramov bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə əsasən müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol