Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada "xarici agentlər"in reyestrinə əlavə edilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Onunla yanaşı, rusiyalı jurnalistlər İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevski də "xarici agent" elan olunublar.
Nazirlik qeyd edib ki, onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.
Xatırladaq ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukrayna münaqişəsi başladıqdan sonra TASS-dan ayrılıb və hazırda Bakıda yaşayır.
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi