Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

20:54 - 24 Oktyabr 2025 - GÜNDƏM

 Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan bütün dünyada sülhün, dialoqun və davamlı tərəqqinin təşviqi üçün bütün tərəfdaşlarla işləməyə davam edəcək.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdəki çıxşında deyib.

O, tərəfdaşlığı gücləndirməyə, əməkdaşlığın yeni yollarını araşdırmağa , indiki və gələcək nəsillər üçün daha dinc, daha ədalətli və daha davamlı dünya qurmaq üçün ortaq öhdəliyi təsdiqləməyə çağırıb.

Nazir Azərbaycanın BMT sistemində fəal iştirakını, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünü, BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC ) üvzlüyünü, COP29-a ev sahibliyi etmək, davamlı və inklüziv inkişafın təşviqi kimi qlobal təşəbbüslərə artan töhfəsini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

O, həmçinin Azərbaycanın şəhər davamlılığını iqlim fəaliyyəti ilə əlaqələndirmək və qlobal iqlim diplomatiyasındakı rolunu gücləndirmək üzrə Azərbaycanın daha geniş baxışının bir hissəsi kimi qarşıdan gələn mərhələləri - WUF13 və Bakıda Ümumdünya Ətraf Mühit Günü 2026-nı diqqətə çatdırıb.

C.Bayramov Azərbaycan və Birləşmiş Millətlər Təşkilatının 2021-2025-ci illər üzrə Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivə Sənədinin uğurla başa vurduğunu, bu gün imzalanan 2026-2030-cu illəri əhatə edən yeni Çərçivə sənədinin Azərbaycan-BMT tərəfdaşlığında növbəti mərhələ olduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol