Xəyanət bütün hallarda bağışlanılmazdır. Onu törədənlər ən ağır cəzaya layiqdir. Mehdiyevin (PA-nın sabiq rəhbəri, hazırda barəsində vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamları ilə cinayət işi açılan Ramiz Mehdiyev - red.) aşkar edilmiş cinayətləri özünü intihar və ya onun özünə qəsdidir. Çünki bir adamın çevrəsində 10, 20, 30, 50 adamın olması və dövlət əleyhinə nəyisə etmək cəhdi yalnız ağılsızlıq kimi qiymətləndirilməlidir. Bu kimi hərəkətlərə hətta Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə cəhd edilsə də, onların qarşısı qətiyyətlə alınmış və heç bir nəticə doğurmamışdır.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Oxu24-ə açıqlamasında deyib.
O bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Ramiz Mehdiyev kimi fikirləşənlər hər zaman dəf edilib:
“Onların etmək istədikləri inqilabların - istər rəngli olsun, istər rəngsiz - sonu uğursuzluqla nəticələnib. Amma dövlət qorunub, saxlanıb, daha da möhkəmlənib. İndi isə qələbə dövründə bu cür cəhdlərin heç bir uğurlu nəticəsi olası deyil.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Digər tərəfdən, keçmiş dövrə bağlı söylənilən hər hansı iki, üç cümlə üzərində insanları hansısa komandalara, dairələrə, qruplara, maraqlara bölüb, linç edəndə, bu, bir nəfərin hamıya qarşı müharibəsinə bənzəyir.
Üçüncüsü, hər zaman Azərbaycan dövlətinə və dövlətçiliyinə, Ulu Öndərə və cənab İlham Əliyevin apardığı siyasi xəttə ləyaqətlə xidmət etmişəm. Tərəfimdən bunu sübut etməyə çalışmaq dövlətçilik naminə gördüyümüz işləri zədələyər, onlara kölgə salar. Şükürlər olsun ki, Prezidentimiz və xalqımız kimin kim olduğunu yaxşı bilir. Belə şeyləri sübut, isbat etməyə ehtiyac yoxdur”, - o bildirib.
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları