Türkiyə beynəlxalq təhsil əlaqələrini gücləndirmək və hüquqi əsas üzərinə qurmaq məqsədilə dünyanın 125 ölkəsi ilə 350 müqavilə imzalayıb.
BUTA.TV xəbər verir ki, bu çərçivədə, digər türkdilli ölkələr, o cümlədən Azərbaycan da daxil olmaqla Türkiyə Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) Qətərə, Yunanıstandan Liviyaya, Konqodan Monqolustana qədər geniş coğrafiyada əməkdaşlıqlar və qarşılıqlı anlaşma memorandumları əsasında təhsil sahəsində fəaliyyət davam etdirilir. Bura ali və peşə təhsili sahələri də daxildir.
Türkiyənin qlobal təhsil şəbəkəsini genişləndirmək məqsədilə son iki ildə 14 ölkə ilə 16 yeni sənəd imzalanıb. Suriya ilə müəllim hazırlığı, peşəkar inkişaf və xüsusi təhsil sahələrini əhatə edən protokol imzalanıb.
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi