Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

19:22 - 26 Oktyabr 2025 - GÜNDƏM

 Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

İran Prezidenti Məsud Pezeşkian Urmiya şəhərində keçirdiyi görüşdə ölkəsindəki iqtisadi problemləri sərt şəkildə tənqid edərkən hər kəsi düşündürəcək fikirlər səsləndirib: “Türkiyə, Yaponiya və Koreyanın nefti və qazı yoxdur, lakin onlar bizdən daha yaxşı vəziyyətdədirlər. Neftimiz, qazımız var, amma acıq. Problemlərimiz var. Bəs problem haradadır?”.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, Azərbaycan və Türkiyə mediasında çox yanlışlıqla Türkiyənin adını önə çıxararaq, Pezeşkianın söylədiyi fikirin mahiyyətini tamamilə yanlış istiqamətə yönəldirlər:

“Pezeşkian İranla Türkiyəni müqayisə etmir, Qərb blokunda yer alan üç dövləti antiqərb blokunda yer alan ölkə ilə müqayisə edir. Qərb blokunda yer alan üç dövlətin neft və qaz alsa da, neft-qaz ixracatçısı bir ölkədən yaxşı yaşadığına diqqət çəkir.

Aydın görünür ki, Pezeşkian diqqətləri ölkənin probleminin qaynağına yönəltməyə çalışaraq, insanları bu haqda düşünməyə sövq etmək istəyir. Əslində isə Pezeşkianın bu fikri yalnız İran əhalisini deyil, bütün insanlığı düşündürməlidir. Hər kəs özünə sual verməlidir ki, necə olur ki, İkinci Dünya müharibəsində tamamilə dağıdılmış Almaniya və Yaponiya, Koreya müharibəsinin fəlakətlərini yaşamış Cənubi Koreya rifah cəmiyyəti qura bilib?

Bu sualın yalnız bir cavabı var: Bu dövlətlərin hamısı Qərb blokuna aiddir.

Şər(q) bloku heç bir zaman effektli olmayıb, bundan sonra da olmayacaq.

Pezeşkian İran toplumunun son şansıdır. İranın ikinci bir şansı olmayacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol