Daim xatırlatmalıyıq ki, Ermənistanla Azərbaycan arasında sülh əldə etmək mümkün olan bir işdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir. Müstəqilliyə aparan nisbətən qısa bir dövrdə belə, biz əslində münaqişələrlə dolu bir mühitdə yaşadıq. Sülh içində yaşamaq və sülh şərtlərinə uyğun bir qavrayış və düşüncəyə sahib olmaq asan məsələ deyil. Bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhə qayğı göstərmək ehtiyacı baxımından vacib bir komponentdir. Biz mövcud sülhün daha güclü və daha institusional olması üçün ona qayğı göstərməliyik. Əlbəttə ki, bu məsələ üzərində işləyirik. Azərbaycanla işləməyə davam edirik, diplomatik kanallar vasitəsilə işləməyə davam edirik. Həmçinin müxtəlif səviyyələrdə əlaqələr mövcuddur”, - o bildirib.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir