Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə illik məruzəsində sağlamlığın qorunması hüququnun effektiv təmin olunması məqsədilə icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması üçün zəruri tədbirlərin görülməsi təklif edilib.
BUTA.TV xəbər verir ki, irəli sürülmüş təklif əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib.
Belə ki, yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir. Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.
Bu yenilik dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır.
- Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə
- Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov
- Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi
- Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov
- Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi
- Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat
- İş adamı Yusif Xəlilov azadlığa buraxıldı
- Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı