Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

20:54 - 27 Oktyabr 2025 - GÜNDƏM

 Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov TV1 "YouTube" kanalına verdiyi müsahibəsində Ramiz Mehdiyev haqqında dedikləri diqqət çəkir.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, keçmiş məmurun sözlərinə görə, Ramiz Mehdiyevlə ilk tanışlıqları 1990-cı ilin parlament seçkisi zamanına təsadüf edir:

"Mən Ramiz müəllimlə 30 ildən artıqdır ki, tanışam. İlk tanışlığımız 1990-ildə baş verib. Özü də çox qeyri-rəsmi vəziyyətdə tanış olmuşuq. 1990-cı ilin parlament seçkisi dövrü. Amma ondan sonrakı dövrdə biz Yeni Azərbaycan Partiyasının yaradılması prosesində dəfələrlə telefon və digər vasitələrlə ünsiyyətdə olmuşuq".

Əli Həsənov qeyd edib ki, Ramiz Mehdiyev 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir.

"Söz yox ki, Ramiz müəllim 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir. Mən Ramiz müəllimə siyasi xadim demirəm, çünki o, müstəqil şəkildə siyasətlə məşğul olmayıb. Ramiz müəllimi siyasi xadim yox, daha çox dövlət və ictimai xadim kimi xarakterizə etmək istəyirəm. Ramiz müəllimdə dünyanın ən məşhur dövlət xadimlərinə xas olan bütün müsbət keyfiyyətlər var".

Keçmiş məmur vurğulayıb ki, Ramiz Mehdiyevin həyat yolundan ona da pay düşür:

"Doğrudan da Ramiz müəllim bir dəyərli, şərəfli həyat yolu keçib və o həyat yolundan onun silahdaşları olan bizə də bir pay düşür. Ramiz müəllimə həyatında möhkəm can sağlığı, eyni aydın düşüncə ilə bundan sonrakı fəaliyyətində də müvəffəqiyyətlər arzulayıram, - deyə o bildirib.

Daha ətraflı videomaterialı təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol