Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Qalmaqal partiya sədri Fəzail Ağamalının iki övladı – qızı deputat Günay Ağamalı və oğlu Elçin Ağamalının partiya sədrliyi üçün namizədliyini irəli sürməsindən sonra baş verib.
BUTA.TV xəbər verir ki, Fəzail Ağamalı qurultayda Günay Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirib. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.
Elçin Ağamalının partiya sədri seçilməsi fonunda Günay Ağamalının partiyadan uzaqlaşdırılması məsələsi gündəmə gəlir. Məlum olduğu kimi, bir müddət öncə fərqli motivlə Milli Məclisin deputatı Elçin Mirzəbəyli də üzvü olduğu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasından xaric edilmişdi.
Bəs Günay Ağamalının Ana Vətən Partiyasından xaric edilməsi gündəmdədirmi?
Globalinfo.az-a danışan Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının qurultayı öz işini uğurla başa çatdırıb:
“Partiyanın rəhbər orqanlarına şəxslər seçilib. Təbii ki, sədr də seçilib və sədr mən olmuşam. Günay Ağamalının gələcəkdə partiyadan xaric edilməsi məsələsi gündəmimizdə yoxdur. Əksinə, məsələ sakitləşdikdən sonra Günay xanıma partiya strukturlarında yüksək vəzifə verməyi düşünürük”.
- "Boz kardinal"ın çevriliş planı bir daha ifşa olundu
- Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə
- Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov
- Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi
- Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov
- Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi
- Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat
- İş adamı Yusif Xəlilov azadlığa buraxıldı