İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

14:50 - 30 Oktyabr 2025 - SİYASƏT

 İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Rəsmi Bakı ABŞ-ın istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitlik qüvvələrinin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac olduğunu bildirib. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. Ancaq fikrimcə, bu da yetərli deyil. İsrail və HƏMAS atəşkəsə riayət etməlidirlər. Əks halda, heç bir ölkə, o cümlədən Azərbaycan öz hərbçilərini Qəzzaya göndərməyəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Sülhməramlı qüvvələr atəşin mərkəzində qalası deyillər. Məsələn, Misirdə ABŞ və 20-dən çox dövlət liderinin iştirakı ilə atəşkəslə bağlı razılaşma əldə edildi. Buna baxmayaraq, HƏMAS atəş açır, İsrail isə bombalayır. Bu, atəşkəs deyil. Belə vəziyyətdə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi mümkün olmayacaq. HƏMAS üzvlərinin tərk-silah olunması sülhməramlı qüvvələrin vəzifəsi deyil. Sülhməramlılar yalnız humanitar yükləri müşayiət edə və inzibati binaların təhlükəsizliyini təmin edə bilərlər. Təəssüf ki, Qəzzadakı durum hələ bu mərhələyə gəlib çıxmayıb”, - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol