Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasında heç bir versiya istisna edilməməlidir. İlk baxışda təbii səbəblər ehtimalı daha güclü görünür, lakin bu coğrafiyada baş verən belə hadisələrdə şübhələr hər zaman aktual olub.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Hadisənin indi baş verməsi, hərbi təyyarə olması, Bakıdakı hərbi paraddan sonra qəzaya uğraması və regionun gələcək konturlarının Bakı və Ankara tərəfindən cızıldığı, iki il öncəyə qədər bu bölgədə “söz sahibi” olan güclərin oyundan kənar vəziyyətə düşməsi fonunda şübhələr yenə aktualdır”, - deyə politoloq əlavə edib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio