Ciddi narazılıq var, amma mən Rafael Hüseynovun partiyadan xaric edilməsi barədə düşünmürəm.
BUTA.TV xəbər verir ki, bunu APA-ya açıqlamasında VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib.
Sabir Rüstəmxanlı deyib ki, sabah Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçiriləcək:
“Gündəlikdə bir sıra məsələlər var, Rafael Hüseynov barədə də məsələ qaldırıla bilər. Amma mən hər hansı inzibati cəza, töhmət, partiyadan çıxarma kimi məsələlər barədə düşünmürəm. Bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var və Siyasi Şuranın iclasında bunu dilə gətirəcəklər. Amma mən mövqeyimi bildirirəm və güman edirəm ki, Siyasi Şura mənim mövqeyimlə razılaşar. Rafael Hüseynovla uzun illər davam edən dostluğumuz var və bu məsələni də öz aramızda həll edərik”.
Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. VHP sədri sözünü davam etdirməyə cəhd etsə də, R.Hüseynov buna imkan verməyib.
VHP üzvləri isə partiyaya görə Milli Məclisdə vitse-spiker postunu tutan R.Hüseynovun cəzalanmasını tələb edirlər.
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...
- Polis gücləndirilmiş iş rejiminə keçdi - Video
- ABŞ Konqresinə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
- Sabah 8 minə yaxın abonentin qazı kəsiləcək