Son 2 həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yerləşən strateji obyektlərə zərbələrin yeni seriyasına start verib. Bu zərbələrin öncəkilərdən fərqi ondadır ki, Rusiyanın “kölgə donanması” da hədəfə alınıb və Qara dənizdə gəmilərlə yanaşı, Aralıq dənizində də tankerə unikal zərbə endirilib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O xatırladıb ki, Xəzər dənizində Rusiyaya məxsus neft yatağı platformasına da zərbə endirilib:
“Görünən odur ki, ruslar bu zərbələrə heç hazır deyildilər və Ukrayna hərbi rəhbərliyində yeni “zərbə bölgüsü”nün rolu var. Əgər bu günə qədər Xəzər dənizində rusların neft yataqları platformalarına UTX (Ukrayna Təhlükəsizlik Xidməti) zərbələr endirirdisə, son zərbələri Ukrayna XƏQ (Xüsusi Əməliyyatlar Qüvvələri) endirdi. Əgər bu günə qədər Krıma zərbələr hərbi kəşfiyyatın (Budanovun rəhbərlik etdiyi qurum) “zərbə bölgüsü” zonasında idisə, son zərbələri (18 və 20 dekabrda, Belbek aerodromuna) UTX endirdi”.
Politoloqun fikrincə, son günlərdə Rusiyanın Türkiyəyə qarşı təxribatlarında xronologiyaya diqqət yetirmək lazımdır:
“28 noyabrda UTX Qara dənizdə Türkiyənin dəniz sərhədlərindən 120 km məsafədə Rusiyaya məxsus 2 tankerə zərbə endirib, 10 dekabrda Rusiyanın Qara dənizdə daha bir tankeri vuruldu. 12 dekabrda ruslar Türkiyənin ticarət gəmisini vurdular. Son 2 gün ərzində isə Rusiyaya məxsus dronlar Türkiyə hava məkanına daxil olurlar.
Gördüyünüz kimi, Rusiya Türkiyəyə qarşı təzyiqlərə Ukraynanın 10 dekabr zərbələrindən dərhal sonra başladı. Türkiyə bu məsələyə çox formal şəkildə narahatlığını ifadə edib, yəni ciddi heç bir etiraz ortaya qoymadı və görünən odur ki, Rusiya bundan qəzəbləndi.
Rusiya isə nəsə onu qıcıqlandıranda, adətən mesaj vermək üçün terror xarakterli hibrid hücumlara əl atır. Məhz buna görə də son dövrlər Rusiya dronları daha tez-tez Türkiyə ərazisinə daxil olur və Türkiyə onları elektron mübarizə vasitələri ilə zərərsizləşdirir.
Eyni zamanda qeyd etməliyik ki, “kölgə donanması”na məxsus tankerlər son hücumlardan sonra Novorossiyskə gedib-gələn marşrutlarını Qara dənizdə dəyişiblər. İndi bu tankerlər Qara dənizi birbaşa keçməkdənsə, Türkiyə sahillərinə daha yaxın hərəkət etməyə üstünlük verirlər və bəzən hətta Türkiyənin ərazi sularına daxil olurlar”.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video