Görünür, ya Rusiya Azərbaycanla münasibətləri hələlik qaydaya salmaqda maraqlı deyil, ya da onları məsuliyyətə cəlb etməkdə rəsmi Moskvanın ciddi çətinlikləri var. Ona görə təmkinli davranmalıyıq.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın 25 deka 2024-cü ildə Qroznı üzərində AZAI-a məxsus mülki təyyarəni vuranları məsuliyyətə cəlb etməməsi haqda danışarkən deyib.
“Baş Prokurorluğun əlində kifayət qədər sübutlar varsa, Bakıda qiyabi məhkəmə prosesi keçirilməli, həmin şəxslər məhkum olunub beynəlxalq axtarışa verilməlidir. Azərbaycan Rusiya ilə münasibətlərin daha da pisləşməsinə yol vermədən, əgər ikitərəfli qaydada məsələnin ədalətli həllinə nail olmaq mümkün olmadısa, onun beynəlxalq müstəvidə hüquqi həllinə nail olmağa çalışmalıdır”, - o bildirib.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...