Ukrayna müharibəsində ən qanlı, ən təhlükəli məqam yaranıb və bundan sonra müharibədən çıxmaq üçün ya Zelenski, ya da Putin hakimiyyətdən getməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadi ekspert Natiq Cəfərli yazıb.
“Rusiya iddia edir ki, Putinin iqamətgahına, onu aradan götürmək üçün, Ukrayna dron hücumu təşkil edib. Özü də bu hücum danışıqların ən intensiv dövrünə təsadüf edib. Zelenski isə deyir ki, Rusiya yalan danışır, belə bir hücum olmayıb, bu, Rusiyanın danışıqları pozmaq cəhdidir.
Bu situasiyada ya Putin, ya da Zelenski yalan danışır - bunu anlamaq üçün emosional yanaşmanı kənara qoymaq, soyuq başla düşünmək lazımdır. Emosional yanaşma budur ki, Rusiya, Putin həmişə yalan danışır.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Amma bu məsələdə bir ciddi məqam var. Hər iki tərəf bu iddiaları ABŞ-a, Trampa deyirlər, yəni ya Zelenski, ya da Putin yalan danışmaqla yanaşı, Trampı da aldatmağa çalışır.
Deməli, məhz ABŞ deməlidir ki, yalançı kimdir. Çünki indiki dünyada məhz ABŞ-ın ən çox peyki orbitdədir. “Starlink” və “Starshield” hərbi-nəzarət peykləri ilə bir yerdə ABŞ-ın indi orbitdə 5000 peyki var. Bu kosmik “peyk ordusu” dünyanın hər nöqtəsinə baxır. Ukrayna müharibəsinə, Rusiyanın aqressiyasına görə “peyk ordusu”nun 60%-dən çoxu məhz münaqişə bölgəsini izləyir. Həmin peyklər nəinki göydə uçan cisimləri, hətta yerdə gedən avtomobilin nömrəsini belə görə bilir.
İndi, sizcə, ABŞ-ın 5000 peyki, 18 xüsusi xidmət orqanı kimin yalan danışdığını bilir, ya bilmir?! Məncə, bilirlər və bunu yaxın zamanda görəcəyik. Amma müharibənin bitməsi üçün kim yalan danışıbsa, onun getməsi lazım olacaq”, - ekspert vurğulayıb.
Qeyd edək ki, Rusiya Putinin Novqoroddakı iqamətgahına 91 PUA ilə hücum edildiyini bildirib. Ukrayna lideri Zelenski bu iddianı təkzib edib.
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var