Türkiyə Gənclik Vəqfi İstanbulda “Qəzzaya ədalət” yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insanın qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartlar olub. Onları yürüşə qatılmağa icazə verməyiblər, təxribatın qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Həmin qrup Misiri ona görə hədəf alıb ki, bu dövlət İsraildən qaz alışına dair saziş imzalayıb, Azərbaycan Dövlət Neft Şirkətini isə İsrailə neft satmaqda ittiham edirlər.
Diqqətimi məlum qrupun nəfis şəkildə hazırladıqları pankartlar çəkdi. Onlar bunu nəşriyyatda hazırlayıblar. Bu qrupda yer alanlar 2024-cü ilin iyun ayında Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında da etiraz təşkil etmişdilər. Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var, içərilərində radikalizmə meyillənənlərə də rast gəlinir, 3 gün əvvəl terrorçu İŞİD üzvləri ilə toqquşmada 3 polis şəhid edildi.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Dövlət Neft Şirkəti 20 milyard dollarla Türkiyəyə ən çox yatırım qoyan şirkətdir və İsrailin Azərbaycan neftinin alışı Türkiyənin Ceyhan limanı üzərindən həyata keçirilir. Yəni Türkiyədə İsrailə neft satışına görə Dövlət Neft Şirkətini hədəf seçənlər həm də öz dövlətlərini hədəf seçirlər”, - o bildirib.
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var