Amerikanı kim kəşf edib? - Əlbəttə ki, ermənilər!

13:14 - 4 Yanvar 2026 - GÜNDƏM

 Amerikanı kim kəşf edib? - Əlbəttə ki, ermənilər!

Elmdə Amerika qitəsinin kəşfi ilə bağlı daha çox üzərində durulan bir nəzəriyyə var. Amerika qitəsini ilk avropalılar kimi Leyf Eriksson və onun rəhbərliyindəki vikinqlər (təxminən 1000-ci ildə) aşkar etmişlər, sonra 1492-ci ildə Xristofor Kolumb onu kəşf etmişdir.

Lakin sən demə, ilk dəfə Amerikanı Hindistandan Qafqaza köçürülən qonşularımız kəşf ediblər və dünya hələ də qədim ermənilərin bu uğurunu gizlədir. Hətta ermənilərin əlində Vatikan arxivlərindən çıxan rəsmi sənədlər və o dövrün indiyədək yaşayan şahidləri də var, təsdiq edirlər ki, Amerikanı onlar kəşf ediblər və yerli xalqlar qədim ermənilərdən linqvistik oxşarlıqları oğurlayıblar.

Ermənilərin əllərində olan sənədlər və şahid ifadələri təsdiq edir ki, Meksikadakı Yukatan adını "Yuğ tank" (yağ verək) imiş. Hətta Meksikanın qədim xalqı olan azteklər qədim erməni mifologiyasındakı sevgi və gözəllik ilahəsi Astxikin adını oğurlayıb özlərinin adına çeviriblər. Vay oğru azteklər, vay!

Hələ siz baxın: Cənubi Amerikanın ink tayfası qədim ermənilərin "hin" (köhnə/qədim) sözünü oğurlayıblar və özlərini belə adlandırırlar. İnk imperiyasının hökmdar sülalələri əslində erməni "Haykazuni" sülaləsinin uzaq qohumlarıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp həll etdiyi yeganə münaqişə budur - Knaysl

Hələ utanmaz Maya tayfasına baxın: "Mayr" (ana) sözünü qədim ermənilərdən oğurlayıblar və öz dillərinə salıblar. Maya sivilizasiyasının məşhur və dəqiq təqvimi əslində qədim erməni astronomik biliklərinin oğurlanan versiyasıdır. Dünya bunu niyə görmür axı?

Axı bu Amerikanın qədim sakinləri hansı yolla ermənilərdən oğurluq ediblər? Buna erməni alimləri belə izah verir:

“Yerli xalqların əfsanəsi olan “şərqdən gələn ağ dərili tanrı”ları Amerikaya hər kəsdən öncə gələn erməni rahibləri və dənizçilərindən götürüblər. Qədim erməni dənizçiləri öz nəhəng gəmiləri ilə rahiblərlə birgə eramızdan əvvəl indiki Ermənistan ərazisindən çıxaraq gedib Amerikanı kəşf ediblər. Xristianlığı yayıblar”.

Diqqət edin: Eramızdan əvvəl gediblər və xristianlığı yayıblar... Əlbəttə ki, İsa doğulmadan və xristianlıq yaranmadan erməni rahiblər bunu bilirdilər.

Amerikanı kəşf edən ermənilər yerli xalqlara daş üzərində olan günəş simvolları və daş üzərindəki oymaları qədim erməni naxışları formasında yaratmağı öyrədiblər. Hətta ermənilər yerli xalqların bu gün də istifadə etdikləri musiqi alətlərini qədim Ermənistandan onlara hədiyyə olaraq gətiriblər və onlara bunu öyrədiblər.

Bunu mən demirəm, Suren Ayvazyan, Artaşes Arsruni, Paris Heruni, Anjela Teryan, Rafael İşxanyan və adını çəkə biləcəyim onlarla erməni alim və tədqiqatçıları, blogerləri deyir.

Dünyanın ən böyük "alimi" Suren Ayvazyan "Rusiyanın tarixi: Erməni izi" adlı "Nobel" mükafatı alan kitabında təkcə Amerikanı deyil, bütün dünyanın erməni kəşfi olduğunu "sübut" edir.

Məhz qədim ermənilərin getdiyi yolu isə Xristofor Kolumbun gəmisində “Anton el Armenio” (Erməni Anton) adlı dənizçi gəminin naviqasiya işlərini tənzimləyib və Amerikanın yolunu o göstərib böyük səyyaha. Özü də niyə göstərib və qədim erməni sirrini açıb? Sən demə, Kolumbun ailəsi Bizansdan İtaliyaya köçmüş ermənilərdir və onun əsl adı "Xristapor Kolombyan"dır..

Daha maraqlısı isə Amerikanın müstəqillik aktının imzalanmasıdır. ABŞ-ın qurucu ataları bu Aktı hazırlamaq üçün "erməni dövlətçilik" təcrübəsindən istifadə ediblər. Amerika Konstitusiyası qədim "erməni" dövlətinin Konstitusiyasının oxşarıdır.

Niyə məhz Amerika? Çünki bu adın özü də ermənicədir. Ameriko Vespuççinin adındakı "Amerigo" sözü qədim erməni dilindəki "Amir" (rəhbər) sözüdür.

Bir sözlə, Amerika Ermənistandır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol