Bu gün İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ölkənin xarici işlər naziri Abbas Arakçı ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə A.Arakçının Teleqram səhifəsində məlumat paylaşılıb.
“Bu görüşdə səfir xarici işlər nazirinin Bakıya son səfərindən sonra ikitərəfli münasibətlərin son vəziyyəti barədə ətraflı hesabat təqdim edib. Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmiləri ilə konstruktiv görüşlərinə toxunan xarici işlər naziri, Azərbaycan ilə hərtərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsi və inkişafı, eləcə də iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə məsləhətləşmələrin genişləndirilməsi yolu ilə mehriban qonşuluq yanaşmasının effektiv şəkildə irəlilədiyini vurğulayıb”, - məlumatda bildirilib.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...