Gürcüstan hökuməti 29 dekabr tarixli sərəncamla Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsində sərbəst ticarət və anbar fəaliyyətinin həyata keçirilməsinə icazə verib.
BUTA.TV xəbər verir ki, icazə sərhəd-keçid məntəqəsinin "yaşıl zonası"nda yerləşən torpaq sahəsinə aiddir.
İlkin məlumata görə, bu ərazidə “rüsumsuz ticarət zonası” genişləndiriləcək. Belə ki, sərəncama əsasən, Gürcüstan-Azərbaycan sərhəd zonasında yerləşən torpaq sahəsində müəyyən iqtisadi fəaliyyət növlərinə, xüsusən də Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada anbarın tikintisinə və istismarına icazə verilib.
Söhbət 162 və 156 kvadratmetrlik torpaq sahələrindən gedir.
Analoji qərar Ermənistanla sərhəddəki Sadaxlı sərhəd-keçid məntəqəsinə də şamil edilib. Burada da iki torpaq sahəsi (211 və 124 kvadratmetrlik) eyni məqsədlə ayrılıb.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...