Bu gün dünyada ən çox müzakirə olunan məsələ ABŞ-ın Venesuelaya qarşı 4 saatlıq əməliyyatı və Madurunun öz yataq otağından oğurlanaraq ABŞ-a gətirilməsidir. Artıq heç kimdə şübhə yoxdur ki, Maduronu öz yaxın ətrafı satıb, daxildən ciddi dəstək olmasaydı, ABŞ-ın bir nəfər əsgərinin burnunun belə qanamadan əməliyyat keçirməsi, Maduronu evində-yatağında həbs edib, ABŞ-a gətirməsi mümkün olmazdı.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.
“Baş verənləri anlamaq üçün 50 il keçmişə qayıtmaq lazımdır, təməl ordadır, amma qırılma nöqtəsinin Çavesin varis planında yarandığı üzə çıxır.
Venesuelanın vitse-prezidenti, dünəndən etibarən Venesuelanın Konstitusiya Məhkəməsi tərəfindən bu ölkənin qanuni və faktiki rəhbəri elan edilən Delsi Rodriges, məncə, bütün bu hekayənin əsas aktryoru, doğma qardaşı Xorxe Rodriges isə baş rejissorudur.
1969-cu ildə Venesuelada “Sosialist Liqası” (Liga Socialista) adlı hərakat yaranır. Bu hərəkatın təsisçisi və rəhbəri Venesuelanın varlı təbəqəsindən çıxan Antonio Rodriges olur. Antonio Rodrigesin iki övladı var – qızı Delsi, oğlu Xorxe.
1976-cı ildə Antonio Rodriges həbs olunur və istintaq zamanı müəmmalı şəkildə ölür. Amma ailəsi varlı olduğundan həyat yoldaşı hər iki uşağa yaxşı təhsil verməyi bacarır – oğlu Xorxe həkim, qızı Delsi hüquqşünas olur (əmək hüququ), Delsi bir müddət Fransada yaşayır, orada təhsil alıb Venesuelaya dönür.
Uqo Çaves hakimiyyətə gələndən sonra qardaş-bacıya yaxşı vəzifələr verir, hamı gözləyirdi ki, öz varisi kimi Xorxe Rodrigesi elan edəcək, o zamanlar Xorxe vitse-prezident idi – amma Çaves düşündü ki, Xorxenin xarizması azdır və ona görə də keçmiş avtobus sürücüsü, odlu-alovlu çıxışları ilə seçilən, həmkarlar lideri olan Maduronu öz varisi elan etdi.
Maduro Rodriges klanının gücünü bilirdi deyə, bacını vitse-prezident, qardaşı isə Karakasın meri, parlamentin sədri kimi yüksək vəzifələrə təyin etməyə məcbur oldu. Amma görünən odur ki, bacı-qardaş gözləməkdən bezdilər, Maduronun xoşluqla getməyəcəyini anladılar, çox günman, ABŞ-dan tam zəmanət aldılar ki, Nobel almış müxalifət lideri ölkəyə gəlməyəcək, hakimiyyət bu klana keçəcək, buna görə də ABŞ-a daxildən ciddi yardım etdilər və nəhayət ki, klan Çavesin və Maduronun onlara qısqanc münasibətinin qısasını almağa nail oldu və ya buna çox yaxınlaşdı.
Tarixən müxtəlif ölkələrdə “taxt oyunları”nı inqilab, xalq üsyanı, bəzən də güclü ölkənin unikal əməliyyatı kimi təqdim ediblər...” - N.Cəfərli vurğulayıb.
- Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?
- Amerikaya qaçırılan Maduro niyə hər kadrda fərqli geyimlərdədir?
- "Baku City Karting"də faciə: 18 yaşlı oğlan öldü
- Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?
- Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya da təsir edəcək
- Martda 13 qeyri-iş günü olacaq
- Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...