Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun böyük qardaşı, polkovnik Eldar Həsənovun mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək vəzifədə işlədiyi məlum olub.
BUTA.TV “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində çalışıb.
Belə ki, Əbülfəz Elçibəy 1992-ci il iyul ayının 17-də Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə yaradılıb. Eyni zamanda, Eldar Əsgər oğlu Həsənov idarənin rəisi təyin edilib. Onun təyinatında əvvəllər tutduğu vəzifə və təcrübəsi mühüm rol oynayıb.
Belə ki, E.Həsənov SSRİ dövründə Zaqafqaziya Hərbi Dairəsinin Xüsusi şöbəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda, Bakıda yerləşən hərbi hissədə də eyni vəzifəni daşıyıb.
Polkovnik E.Həsənov Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində təxminən, 6-7 ay işləyib. Ə.Elçibəy Eldar Həsənovu vəzifəsindən azad edib.
Məlumata görə, Zakir Həsənovun qardaşı Xüsusi İdarənin rəisi postundan gedəndən sonra universitetlərin birində dərs deyirmiş. O, son illərədək ali məktəbdə çalışıb.
- Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
- Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür
- Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?