Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.
Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib.
“Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı
- Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?
- MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto
- Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
- Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür
- Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...